Əsas Səhifə > Şou-biznes > "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm"
"İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm"Bu gün, 05:51 |
|
Müğənni Tacir Şahmalıoğlu sosial şəbəkələrdə onu geyiminə görə tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi instaqram hesabında bunları yazıb: "Son günlər bəzi sosial media hesablarında və internet informasiya resurslarında mənimlə bağlı yayılan paylaşımları izləyirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər və media platformaları müəyyən görüntüləri qərəzli şəkildə təqdim edərək onları lağ-lağı və istehza mövzusuna çevirməyə, bundan diqqət cəlb etmək və öz maraqları naminə istifadə etməyə çalışırlar. Belə yanaşma nə peşə etikasına, nə də milli-mənəvi dəyərlərimizə uyğun hesab oluna bilər. Şəxsin şərəf və ləyaqətinin alçaldılması, ictimai nüfuzunun hədəfə alınması və təhqiramiz məzmunun yayılması qəbuledilməzdir. Bu cür davranışlar cəmiyyətdə qarşılıqlı hörmət mühitinə zərbə vurur və yanlış ictimai rəy formalaşdırır.
Azərbaycan musiqisinə və mədəniyyətinə həsr etdiyim uzun illərin fəaliyyəti, tamaşaçı sevgisi və sənət yolunda qazandığım hörmət isə bu cür qərəzli yanaşmalara verilən ən tutarlı cavabdır". Geri qayıt |