Əsas Səhifə > Şou-biznes > "Özü risk etməyə qorxan biri azad yaşayan insanı “ədəbsiz” adlandıra bilər"

"Özü risk etməyə qorxan biri azad yaşayan insanı “ədəbsiz” adlandıra bilər"


Bu gün, 08:11

"Sigmund Freud psixoanalizdə yanaşmasına görə insan bəzən özündə boğduğu, “olmaz”, “ayıbdır”, “təhlükəlidir” deyə şüuraltına sıxdığı istəkləri başqasında görəndə güclü qıcıq hiss edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Məsələn: özü risk etməyə qorxan biri azad yaşayan insanı “ədəbsiz” adlandıra bilər, içində aqressiya olan biri sərt və dominant insanlara həddindən artıq nifrət edə bilər, gizli şəkildə şöhrət istəyən biri məşhur insanları “boş adam” hesab edə bilər.
Freyd bunu “proyeksiya” və “repressiya” ilə əlaqələndirirdi: repressiya - arzunu içində basdırmaq, proyeksiya - həmin hissi başqasına köçürmək.
Yəni bəzən insanın ən sərt mühakimə etdiyi şey, əslində özündə qəbul edə bilmədiyi tərəf olur. Bəzən də insanlar sadəcə real zərərə, ədalətsizliyə və ya təhlükəli davranışa reaksiya verirlər..."

Geri qayıt