Əsas Səhifə > Şou-biznes > "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu"
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu"Bu gün, 08:18 |
|
"Bütün dünyada beynəlxalq siyasətə dair informasiya kampaniyaları üçün böyük büdcələr ayrılır, həmçinin bot şəbəkələri və “troll fabrikləri” adlandırılan sistemlərdən istifadə olunur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Ümumiyyətlə bu sistemlə təbliğat apararaq insanların fikrini dəyişmək, fikir yaratmaq və idarə etmək çox asandır. “Simpsonlar” cizgi filmi də insanları baş verəcəklərə hazırlamaq, fikir formalaşdırmaq, yəni təbliğat məqsədilə çəkilib. Hollivudda çəkilən filmlərin çoxu da təbliğatdır. Fikir vermisinizsə həmişə amerikalılar qalib gəlir, dünyanı xilas edir. Hətta kosmosda belə rusları əyyaş kimi göstərirlər, başqa millətləri terrorçu kimi göstərirlər. Bu da təbliğatın bir formasıdır- Brainwashing (şüur manipulyasiyası)
Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu. İndi üz üçün ayrı, bədən üçün ayrı - saymaqla bitməz. Paltar yumaq üçün ən az 4-5 məhsul almalısan. Ləkə çıxaran ayrı, yumşaldan ayrı, paltaryuyan maşın üçün ayrı və yenə əziyyətlə qazanılan, amma məcbur xərclənən pullar. İnsanların əlindəki telefonlar onların öz pulu ilə alıb əllərinə taxdığı rəqəmsal qandaldır. Bu da insanların reklam və təbliğat vasitəsilə qula çevrildiyinin nümunəsidir.
Çox uzun yaza bilərəm əslində, amma dediklərimin heç bir xeyri yoxdur. Çox gecdir. Bir də ki, belə məlumatları nə alqoritmlər, nə saytlar geniş kütləyə çıxarar..."
Geri qayıt |