Əsas Səhifə > Şou-biznes > "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil"
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil"Bu gün, 07:48 |
|
O daha sonra fikrini belə davam etdirir: "Yayımdan 5 saat sonra mən izlədiyim zaman baxış sayı 70000-i keçmişdi. Hazırda bunu yazarkən 16 saat keçib və izləmə sayı 135000-dir. Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil. Serialın rəy bölümünə yazılan şərhlərin də sayı hər bölümdə yüzlərlədir. "Mikrorayon" özü ilə bərabər maraqlı perspektivlər də gətirir. Bu layihə xarici bazarda, xüsusilə Orta Asiya ölkələrində və Rusiyada ehtimal ki rahatlıqla özünə müştəri tapa bilər. Çünki həm mövzu, həm də vizualizasiyada (serialdakı sovetlər dönəmində inşa olunan binalar, hətta hələ də mövcud olan ümumi yaşayış binaları və.s kimi detallar, söz və ifadələr, jarqonlar) bu öllkələr üçün tanış konturlar var. Ümid edək ki, serialın prodüserləri, hüquqi müəllifləri bu barədə ciddi addımlar atmağa çalışacaqlar. Bu addım uğurla həyata keçirilsə, nəinki hüquqi, hətta filmin yaradıcı müəllifləri də (əgər müqavilədə varsa) qarşıdakı zamanda bu satışın gəlirlərindən rahatlıqla davamlı gəlir əldə edə bilərlər. Bu isə digər yerli serial sifarişçilərini və istehsalçılarını daha da həvəsləndirəcək və ciddi sağlam rəqabət mühitinə daha geniş şərait yaradacaq. Beləcə, yerli kino-serial sənayəsi daha da canlanacaq və daha maraqlı nümunələr yaranacaq. Mövzunun illah da bənzər olmağı mühüm deyil; istənilən mövzuda daha ciddi maliyyə və daha ciddi nümunələr. Geri qayıt |