Əsas Səhifə > Şou-biznes > “Ağlını başına yığ, aktyorun maaşını niyə kəsirsən, pulunda gözün var?”
“Ağlını başına yığ, aktyorun maaşını niyə kəsirsən, pulunda gözün var?”Dünən, 06:29 |
|
Xalq artisti, tanınmış diktor Ofeliya Sənani Akademik Opera və Balet teatrının direktoru Yusif Eyvazovun teatrın solisti, müharibə iştirakçısı Atəş Qarayevin aylıq əmək haqqını kəsməsinə münasibət bildirib. Moderator.az-a açıqlama verən diktor bu addımın doğru olmadığını bildirib: Ofeliya Sənani bildirib ki, incəsənət adamları kövrək ruhlu insanlar olur, onları incitmək olmaz: “Teatr işçilərini incitməyə nəinki direktorun, heç kimin ixtiyarı yoxdur. Aktyorun qəlbinə dəymək olmaz. Aktyoru əlinin içində saxlamalısan, əzizləməlisən. Çünki onlar tez küsürlər, inciyirlər, ürəkləri sınıqdır. Görün səhnədə neçə-neçə rollar oynayırlar, neçə insanın taleyini yaşayırlar. Bu asandır məgər?!. Heç öz həyatlarını yaşaya bilmirlər! Səhər məşq, günorta məşq, axşam tamaşa.. Heç ailələrinin, balalarının üzlərini görmürlər. Onları incitmək olar?! Direktor iclas etməlidir, hamının problemini, dərdini soruşmalıdır” deyə diktor bildirib. Geri qayıt |