Əsas Səhifə > Şou-biznes > "Siz hər gün teatrı çiyinlərinizdə daşıyanlarsınız!"
"Siz hər gün teatrı çiyinlərinizdə daşıyanlarsınız!"Bu gün, 04:56 |
|
"Ürəkdən səhnədə və çəkiliş meydançasında yolumun kəsişdiyi hər kəsi təbrik edirəm. Rejissorları, aktyorları və, əlbəttə ki, tamaşanın yaranmasında iştirak edən hər kəsi — qrim ustalarını, kostyumçuları, işıqçıları, səs rejissorlarını, dekoratorları, kassirləri və biletyorları təbrik edirəm..." "DİA-AZ" xəbər verir ki bunu tanınmış aktyor, keçmiş "KVN" ulduzu Bəhram Bağırzadə özünün sosial şəbəkə hesabında teatr günü ilə bağlı təbrikində qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Siz hər gün teatrı çiyinlərinizdə daşıyanlarsınız! Zəhmətinizə, səbrinizə və görünməz, amma əvəzolunmaz əməyinizə görə təşəkkür edirəm.
Dünya Teatr Günü mübarək! Qoy bizim ümumi səhnəmiz hər zaman işıq, sevgi və minnətdar tamaşaçılarla dolu olsun ..."
Geri qayıt |