Əsas Səhifə > Şou-biznes > "Adam təəssüflənir ki, bu iyrənc dava-dalaş ictimai formada gedir"

"Adam təəssüflənir ki, bu iyrənc dava-dalaş ictimai formada gedir"


Bu gün, 04:51

"Kor kora kor deməsə bağrı çatlayar, məsəli Tolik və Səidə Sultan münaqişəsində ağlıma ilk gələn atalar məsəli oldu. Elə-belə səhifələrinə göz atdım ki, görüm bu nə qırğındır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Aynur Qurbanqızı yazıb.
O daha sonra bildirir: "Nə bilim vallah o bunu söyür, bu onu söyür, amma ortada əsas hallanan sözlər “namus”, “ailə dəyərləri” bu kimi ifadələrdir. Qurban olum, bu mövzunu müzakirə edəcək və cəmiyyətə etik dərs verəcək ən son insanlardır, amma bizim günümüzə bax ki, bu söhbətləri dinləmək məcburiyyətində qalmışıq….
Və mövzuya gəlincə kim birinci nədən başlayıb bilmirəm, amma Tarix Əliyevin bir paylaşımını gördüm, yazmışdı ki, döşünü açıb qoyan əxlaqsız, liliput, narkoman… Bir qadını bu formada aşağılamaq zatən aşağılayan kişinin də səviyyəsini ortaya qoyur. Yəni, kimsə kimsədən özünü üst səviyyədə sanmasın.
Sadəcə, adam təəssüflənir ki, bu iyrənc dava-dalaş ictimai formada gedir və bunu edənlər də illərlə efirdə görünən məşhur şəxslərdir.
Biz kimləri izləyirik?!"

Geri qayıt