Əsas Səhifə > Şou-biznes > "Onsuz da səhvsiz, günahsız insan yoxdur..."
"Onsuz da səhvsiz, günahsız insan yoxdur..."Dünən, 04:25 |
|
"Zamanla başa düşdüm ki, başqa insanlarda sevmədiyim xüsusiyyətləri özüm etməməliyəm. Bu, insanın özünü tərbiyə etməsinin ən vacib formalarından biridir. İnsan ilk növbədə özünə qarşı dürüst olmağı və öz davranışlarını kənardan qiymətləndirməyi öyrənməlidir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Uşaqlığımdan bəri dəyişməyən iki xüsusiyyətim var - mərhəmət və empatiya hissi. Həyat insanı dəyişə bilər, sərtləşdirə bilər, amma içimdəki bu hiss heç vaxt dəyişmədi.
Həmişə başqalarından daha üstün, varlı olmaq və ya daha gözəl görünməkdən daha çox, yaxşı insan olmağı istəmişəm.
Kimsə mənə yaxşı desin deyə yox, özümə hörmət etmək üçün insanlara xas olan pis xüsusiyyətləri (özümlə mübarizə apararaq) məhv etməyi öyrənmişəm.
Yəni deməyim odur ki, başqa insanları mühakimə etmədən öncə ilk növbədə özünüzdən başlayın. Onsuz da səhvsiz, günahsız insan yoxdur. Yenilənın, "update" olun ki, dünənki özünüzdən bu gün daha yaxşı versiyanızı yarada biləsiniz..."
Geri qayıt |