Əsas Səhifə > Şou-biznes > "İndiki dövrdə reputasiyanı qorumaq çox çətinləşib..."

"İndiki dövrdə reputasiyanı qorumaq çox çətinləşib..."


20-02-2026, 05:51

"Reputasiya - insan haqqında başqalarının formalaşdırdığı ümumi fikirdir. Lakin indiki dövrdə reputasiyanı qorumaq çox çətinləşib. Çünki insanlar hər zaman ədalətli davranmırlar. Başqaları haqqında dedikləri sözlər bir çox hallarda həqiqətə deyil, həsəd, paxıllıq və şəxsi komplekslərə əsaslanır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Digər tərəfdən, bir insan reputasiyanı qorumaq naminə hamıya yaxşı ola bilməz və hamını qane etmək də mümkün deyil. İnsanlar çox vaxt başqalarını öz daxili dünyalarının prizmasından görürlər - kimin xisləti nədirsə, qarşısındakını da elə qiymətləndirir.
Hazırda fərdlər haqqında fikir formalaşdırmaq, kimisə hörmətdən salmaq çox asandır. İnformasiya sürətlə yayılır, amma həqiqət hər zaman eyni sürətlə çatmır. Bu isə reputasiyanı daha kövrək və müdafiəsiz edir.
Reputasiyanı və hörməti bəzən pulla almaq da mümkün olur. Maddi imkanlar insanın imicini formalaşdırmağa, onun haqqında müsbət rəy yaratmağa xidmət edə bilir. Hətta elə olur ki, varlı insanın eyibləri ya görməzlikdən gəlinir, ya da ümumiyyətlə görünməz olur.
Bu reallıqda reputasiya artıq təkcə insanın kim olduğu ilə deyil, onun haqqında hansı obrazın yaradıldığı ilə ölçülür.
Bu səbəbdən reputasiya anlayışı əvvəlki kimi obyektiv meyar olmaqdan uzaqlaşıb və bir çox hallarda öz həqiqi dəyərini itirib..."

Geri qayıt