Əsas Səhifə > Şou-biznes > "Ərinə xəyanət etməsi ilə gündəmdə qalan birisi..."
"Ərinə xəyanət etməsi ilə gündəmdə qalan birisi..."Bu gün, 07:22 |
|
"Ərinə xəyanət etməsi ilə gündəmdə qalan, bununla qürur duyan, bunu özü üçün baş ucalığı hesab edən Nüşabə Musayeva adlı müğənni yenə gözünü yumub, ağzını açıb". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.
O daha sonra bildirir: "Ağlına, ağzına gələni danışır. İndi də öz küfrünü Ofelya Şabanovaya üfürür. Adam abrına qısılıb cavab verməyəndə elə bilirlər ki, qorxur. Hərə məsələləri öz arşını ilə ölçür.
Hər kəsin öz əxlaq meyarı var. Nə etmək olar ki, Nüşabə Musayeva da bu cürdür. Əslində günah tam olaraq onda da deyil.
Günah onu səhnələrə çıxardan, televiziya, radio efirlərində onu tanıdan aparıcılarda, məsul şəxslərdədi. Verilişin yaradıcı heyəti kimin kim olduğunu bilməlidir.
Xasiyyətcə, tərbiyəvi cəhətdən bir-biri ilə əks qütblərdə dayanan Ofelya Şabanova ilə Nüşabə Musayevanı eyni verilişə dəvət etməkdə nə məqsəd ola bilər? Mənim fikrimcə yalnız baxış saylarını artırmaq üçün bu addımı atırlar.
Nüşabə Musayeva kimisinin aurasına daha çox Kəmalə Günəşli uyğun gəlir. İkisi də həmxasiyyət..."
Geri qayıt |