Əsas Səhifə > Şou-biznes > "Məni Ağdamda çox sevirlər..."
"Məni Ağdamda çox sevirlər..."Bu gün, 10:49 |
|
Müğənni Günel Zeynalova Azərbaycanda tamaşaçıların ifaçıları alqışlamamasından gileylənib. Axşam.az xəbər verir ki, "İki başlı" proqramında qonaq olan sənətçi aparıcıların "Türkiyədə, yoxsa Azərbaycanda daha çox sevilirsiniz" sualına belə cavab verib: "Məni Ağdamda çox sevirlər. Amma hər iki ölkədə tanınıram. Amma düzünü deyim, bizdə alqışlamaq yoxdur. Doğrunu deyək. Biz ancaq deyirik ki, bizi alqışlayın. İnşallah, yavaş-yavaş olar. Sənət aləmində belə alqışlamırlar. Bir məclisdə sevdiyimiz müğənni çıxır, sənət adamları oturur və alqışlamır". Geri qayıt |