|
"Yenə Səidə Bəkirqızı gündəmdə qalmağı ustalıqla bacardı. Çünki məqsədiniz də elə budur. İnsan nə qədər “mənəm-mənəm” deyər, nə qədər “mənim namusum, mənim qeyrətim” deyə hay-küy salar…" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin təsisçisi və rəhbəri Fatimə Hacıbəyli qeyd edib.
O daha sonra bildirir: "Ay Səidə xanım, nə baş verdi? Elə bil namus da, qeyrət də yalnız sizə məxsusdur. Qalan bütün jurnalistlər guya namuslarini çöllərə atıb. Dünyada namuslu, qeyrətli tək adam sizmisiniz? Siz çox yaxşı bilirdiniz ki, bu sözü Rəqsanəyə deyəcəksiniz və o bunu cavabsız qoymayacaq. Bunu bilməyə bilməzdiniz. Deyiblər axı: “Taxta qapını döymə ki, dəmir qapı döyülməsin.” Qapını döyən tərəf siz oldunuz. Gündəmdə qalmaq naminə insan bu qədər dəyərdən imtina edərmi? Bu davranış peşəkarlıq adlanırmı? Axı siz peşəkarlıqdan danışırsınız. Sözlə əməl bu qədər zidd ola bilməz. Tünzalə Ağayevanın geyimlərindən niyə danışmadınız? Hələ başqalarını demirəm. Eyni üslub idi. Amma ora toxunmaq sərf etmir. Çünki ora “təhlükəli zona”dır. Rəqsanəyə gələndə isə vəziyyət başqadır. Onun hazırda problemləri var , bunu siz də çox gözəl bilirsiniz. Məhkəmə prosesi var. Zəif nöqtəni görüb ora vurmaq asandır. Amma unutmayın: bu işin sabahı var. Heç kim bilmir sabah nə olacaq. Nə siz bilirsiniz, nə mən. Mən də bilmirəm bir saniyədən sonra başıma nə gələcək, siz də bilmirsiniz. Bu qədər bağırmaq, bu qədər hay-küy salmaq, jurnalist etikası deyil. Jurnalist şou-biznes intriqası ilə yox, cəmiyyət üçün vacib mövzularla məşğul olar. Qlobal problemlərdən, ekologiyadan, real gündəmdən danışar. Bəs siz niyə şou-biznesin içinə bu qədər həvəslə girirsiniz? Axı özünüz də deyirdiniz ki, şou-biznes sizin kimi peşəkar jurnalist üçün bəsit sahədir. İndi nə dəyişdi? Çəkdiyiniz videoda ironiya ilə onun ərinə müraciət edirsiz. Doğrudanmı bilmirdiniz Rəqsanə necə cavab verəcək? (Rəqsanə siyasətçi deyil ki, sizə diplomatik cavab versin). Bir də bunu açıq deyim: Rəqsanə İsmayılovanı tanımıram, o da məni tanımır. Burada şəxsi məsələ yoxdur. Sadəcə insanlıq var, qadınlıq var. Çətin vəziyyətdə olan bir insanı hədəfə alıb, onu təhdid edən, alçaldan sözlərlə davaya çəkmək nə peşəkarlığa, nə də insaf anlayışına sığır. Gözəl xanımsız ,yaxşı olar ki,gündəmi gözəl işlərinizlə zəbt edin".
Geri qayıt
|