Əsas Səhifə > Şou-biznes > "Toylarım da olur, amma...
"Toylarım da olur, amma...Bu gün, 02:47 |
|
Səid bizə tez-tez gəlir, Zeydlə 5-6 gün bir yerdə qalırlar. Öz dövlətləri var, onlara qarışmırıq. Ailəsi də özəl günlərdə yanımızdadılar. Səid və oğlum dostdur. Hətta bağ evləri bizim yaxınımızdadır. Demək olar ki, qonşuyuq. "DİA-AZ" Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Qonaqcanlı" verilişində deyib. Sənətçi keçmiş həyat yoldaşı, reper Dado (Səid Əliyev) haqqında danışıb. O bildirib ki, Dado oğluna görə tez-tez onlarda qalır. Natavan şəxsi biznesindən də bəhs edib. Sənətçi əsas gəlirinin toylar yox, biznesi olduğunu bildirib: "Sənətdən qazanmağıma ümidim qalmayan ərəfədə biznes qurdum. Ailəyə mən baxıram. Ticarət işidir. Toylarım da olur, amma prodüserlər onu burmasa, mənə gəlib çatsa". Geri qayıt |