Əsas Səhifə > Şou-biznes > "Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz"

"Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz"


Bu gün, 10:19

"4 il İncəsənət və Mədəniyyət Universitetinin kino rejissorluğu fakültəsində təhsil aldım.
Ustadlarım Həsən Turabov, Eldar Quliyev, Həsənağa Məmmədov və Məlik Dadaşov olub..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış kinorejissor, aktyor Kənan MM (Mahmudov) qeyd edib.
O daha sonra bildirir: "İki dövlət filminin baş qəhramanını oynadım
Rejussorlar Eldar Quluyev və Elxan Cəfərov
Türkiyədə Osman Sınavın kursunda aksiyon və kriminal ssenari süjet xətti üzrə təkminləşdirmə təhsil aldım
Gürcüstanda 6 ay aksiyon səhnələrinin quruluşçu rejissorluğu üzrə hazırlıq aldım.
Viktor Hüqo, Dostoyevski , Psixologiya və fəlsəfə mövzusunda dünya ədəbiyyatı oxudum.”
Zeki Demirkubuz, Nuri Bilgə Ceylan izlədim.
“Qayıdış” filmim Alanya Film Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatını aldı.
Ərzurum gözəl sənətlər fakultəsi :Qayıdış: filmimi dərslik kimi analiz etdilər
Türkiyədə 40 bölüm serial çəkdim və oynadım.
Azərbaycana qayıdanda bir kanal mənə dedi:
“Bizə elə serial çək ki, içində gəlin–qaynana, baldız, uşağa qalmaq, ər-arvad xəyanəti olsun. Belə seriallar reytinq verir.” (Əslində belə mözünü cəkmək asan bir iş deyil ve bu işi cox gözəl bacaran dostlarımız var)
Soruşdum: “Bəs əsl sənət?”
Cavab verdilər: “Bəkarsan sən?”
Elə o zaman anladım ki, dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz".


Geri qayıt