Əsas Səhifə > Şou-biznes > Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa...

Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa...


Bu gün, 07:09

Qarşıma Şahbaz Xuduoğlunun Əlisa Nicatla söhbəti çıxdı. Şahbaz bəy ondan soruşur ki, həyatınıza ən çox təsir edən bir neçə kitab adı deyin, o da Kafka ilə Nitsşenin adını çəkir. Deyir, Kafka mənə həyatın, Nitsşe insanın nə olduğunu öyrədib. Sonra isə isti olur, durub gödəkçəsini çıxarır. Gödəkçənin "zamok"u qırılıb deyə gödəkçəni köynək kimi başından çıxarır. Sonra köynəyinin dirsəyində cırıq görsənir. Videonu izlədikcə bu mənzərə mənə o qədər pis təsir elədi ki. Ona görə yox ki, gödəkçəsinin zamoku xarab, köynəyinin dirsəyi cırıqdır. Ona görə ki, nə Kafkanın, nə də Nitsşenin Əlisa Nicatın həyatına heç bir müsbət təsiri olmayıb. Ola da bilməz. Nə Kafka ona həyatı, nə də Nitsşe ona insanı öyrədə bilib. Əgər Kafkanı oxuyub həyatın belə darmadağın keçəcəksə, kirayələrdə ömür çürüdəcəksənsə, Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa, demək ki, nə Kafka, nə də Nitsşe sənə heç birini öyrədə bilməyib. Ümumiyyətlə, həyatı da, insanı da sənə heç kim öyrətməməlidir. Öyrətməməli idi. Əlisa Nicatı bu cür görən milyonlarla insan, Azərbaycan xalqı sizcə kitaba yaxın düşər? Düşməz! Səndə nə İsadan möcüzə, nə də Nicatdan nicat var...

Eminquey Akif - "DİA-AZ"


Geri qayıt