Əsas Səhifə > Şou-biznes > “Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”

“Ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar”


Bu gün, 11:58

"İmadəddin Nəsimi, Mikayıl Müşfiq kimi şair və sənətkarımız var ki, ömürlərini asan başa vurmayıblar. Elələri var ki, nakam gediblər. Mən də öz dövrümdə bəzi haqsızlıqlara, təzyiqlərə məruz qalıram".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Rəngarəng" verilişində deyib. Müğənni ölümündən sonra 2 əsr onun sənətindən danışılacağını iddia edib:

"Amma mən bunu onlara öz sənətimlə qəbul etdirəcəyəm. Onlara qebul etdirəcəyəm ki, mən başqa şey oxuyuram. Hansı ki, ölüb gedəcəyəm, amma 2 əsr məndən danışacaqlar. Çünki mənim oxuduğum musiqilər sırf Azərbaycan dilindədir".


Geri qayıt