Əsas Səhifə > Şou-biznes > Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi

Əfsanə geri qayıtdı: Bakıda möhtəşəm rok gecəsi


Bu gün, 15:37

Əfsanəvi “UNFORMAL” rok qrupu 17 ildən sonra möhtəşəm bir konsertlə səhnəyə geri dönüb. xəbər verir ki, 2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri – Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin – dünyanın dörd fərqli ölkəsindən – Azərbaycandan, Rusiyadan, ABŞ-dan və Böyük Britaniyadan Bakıya toplaşaraq yenidən bir araya gəliblər. “

Hayal Kahvesi Baku”da baş tutan və anşlaqla yadda qalan nostalji dolu konsertdə qrup sevilən hitlərini ardıcıl olaraq səsləndirərək tamaşaçıları 2000-ci illərin emosional atmosferinə aparıb. Gecənin ən unudulmaz anlarından biri, qrupun məşhur 'Sonsuz Yol' əsərinin, dirijor Cavad Tağızadənin rəhbərliyi altında musiqi orkestri ilə birlikdə səslənməsi oldu və bu, dinləyicilərə tamam fərqli bir duyğu yaşadıb. Konsertə “Coldünya” qrupunun yaradıcısı və vokalçısı Teymur Nadir, həmçinin “DədəBaba” və “Unchained Orchestra” kimi alternativ səhnənin tanınmış simaları da qatılaraq gecəyə xüsusi rəng qatıb. Tamaşaçıların böyük sevgisi və coşqusu səbəbindən konsert uzun müddət bitmək bilməyib.

"DİA-AZ" xəbər verir ki, səhnəni tərk etməyə hazırlaşan qrup izdihamlı alqışlar qarşısında dəfələrlə geri dönməyə məcbur qalıb. Qeyd edək ki, tədbir tam anşlaqla keçib və bütün biletlər əvvəlcədən satılıb.



Geri qayıt