Əsas Səhifə > Şou-biznes > Nizami Rəmzinin qızından Samirəyə CAVAB
Nizami Rəmzinin qızından Samirəyə CAVABBu gün, 10:31 |
|
“Bunlar göbələk kimi gündə biri çıxıb danışır. Bilmirəm Nizami Rəmzi ilə dərdləri nədir? Niyə onu həzm edə bilmirlər? Molla Məmməd Nizamidən yaşca balaca olub. Nə vaxt çıxıb musiqili meyxana dedi? Sözü deyirlərsə, sübut da etsinlər. Samirə deyir ki, Ağasəlim Nizamidən qabaq musiqili meyxana deyib. Ağasəlim Çıldaq hansı səsiylə musiqili meyxana deyib? Kimin ağzı varsa danışır. Mən bunlara cavab verməyə bilmirəm. Birazdan çıxıb deyəcəksiz ki, Ağasəlim operanın da banisi olub. Molla Məmməd Nizamiyə müraciət edib, “Dağlı balasıyam” mahnısını ondan alıb, sözlərini “Bakılı balasıyam” adı ilə dəyişdirib. Bu faktdır və hər kəs də bilir. Bunlar ölülərlə niyə reytinq qazanırlar? Ağasəlim özü musiqili meyxanaya qarşı idi. Hətta ondan müsahibə də almışdılar, dedi ki, “heyif deyil 3 badam, bir qoz, mən musiqili meyxanaya qarşıyam”. Musiqili meyxanaya qarşı olan bir adam necə ola bilər ki, Nizamidən öncə musiqili meyxana desin? Onlar çırtma ilə meyxana deyiblər. Ağasəlimin avazı var idi ki, meyxana desin? Güclə danışırdı” Bunu Moderator.az-a açıqlamasında mərhum meyxanaçı, ustad qəzəlxan Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O daha sonra əlavə edib: “Madam ki, bunlar hər dəfə bir yalana əl atır. Mən də o zaman buradan bəyan edirəm ki, ilk dəfə cazı mən yaratmışam. Sübutum yoxdur, amma sözdü də deyirəm. Bunlarınkı da ona döndü. Sübutları yoxdur, ağızdolusu danışırlar. Çağırardılar da filmlərdə meyxana demək üçün Ağasəlimi, Molla Məmmədi. Niyə çağırmadılar? Samirə yenə də desəydi ki, meyxananı Nizami Rəmzidən əvvəl Ağasəlim deyib, hə bununla razılaşardım. Çünki Nizamidən böyükdür. Nizaminin musiqi amsambılı var idi. Nizamidən sonra başladılar kostyum geyinməyə. Ömür boyu idman geyimində, jaketdə, başlarında kepka və əllərində təsbehlə toylara gediblər. Hamısı ona baxıb, geyim tərzini dəyişdi. Samirə bu gün, sabah deyər ki, kostyumu da ilk dəfə efirdə Ağasəlim Çıldaq geyinib. Vallah artıq onlardan bu sözü də gözləyirəm. Samirə, deyirsən ki, müasir dövrdə yeganə qadın meyxanaçısan. Sən əzbərləyib “De gəlsin” meyxana yarışmasına çıxırdın. Bunu hamı bilir. Oqtay hazırlayırdı öncədən, sənə deyirdi ki, bunları deyəcəm, sən də o birisini de. Sən bədahətən meyxana deyə bilirsən? Gözəl səsin var, oxuya bilirsən, amma danışığını bilmirsən” deyə qızı bildirib. Qeyd edək ki, bir neçə gün bundan əvvəl müğənni Samirə Yusifqızı saytımıza açıqlamasında “Musiqili meyxananı Nizami Rəmzidən öncə Ağasəlim Çıldaq və Molla Məhəmməd deyib” deyə müsahibəsində bildirib. Geri qayıt |