Əsas Səhifə > Şou-biznes > Rasim Həyat səhnəyə “İtirdin”lə gəlir

Rasim Həyat səhnəyə “İtirdin”lə gəlir


Bu gün, 09:50

Sənət dünyasına ilk addımlarını atan Rasim Həyat “İtirdin” adlı yeni musiqi layihəsini dinləyicilərin ixtiyarına verib.

"DİA-AZ" xəbər verir ki, mahnının müəllifi Ceyhun Səmədovdur. Layihənin səs prodüserləri Nihad Malik və Ceyhun Səmədov, aranjimançısı isə Əjdər Qafarlıdır. Səs uzlaşması üzərində işləyən mütəxəssis isə yenə Nihad Malik olub.

Gənc ifaçı sənətə yeni başlasa da, şou-biznesə öz prinsip və mövqeyi ilə daxil olacağını deyir.

“Şou-biznesə qatılmaqda heç bir qəbahət görmürəm. Tanınmış sənətçilərimiz və Xalq artistlərimiz bu gün həmin sahənin ən parlaq simalarıdır. Amma mən heç vaxt dedi-qodu hesabına gündəmə gəlmək niyyətində deyiləm. Bir sözlə, yalnız sənətimlə məşğul olacağam və məhz sənətimlə gündəmdə qalmağa çalışacağam,” – deyə ifaçı bildirir.

Qeyd edək ki, Rasim Həyat hazırda Bakı Mühəndislik Universitetinin Memarlıq və İnşaat fakültəsinin Dizayn kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərir.


Geri qayıt