Əsas Səhifə > Şou-biznes > “Onlara görə subay qalmışam”
“Onlara görə subay qalmışam”Bu gün, 10:49 |
|
Gənc müğənni Şölə Səfərliyeva haqqında yayılan xəbərlərə aydınlıq gətirib. Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında fikirlərini bölüşüb. İfaçı qeyd edib ki, əksəriyyət onun evli olduğunu zənn edir. “Bu gün rəfiqəm məni görməyə gəlmişdi. Birdən qayıtdı ki, keçən dəfə bir tanış qız sizin qrupun qızlarını konsertdə görüb, mənə deyir ki, maşallah, Şölənin uşaqları, ailəsi olsa da, qəşəng formadadır. Rəfiqəm də ailəli olmadığımı bildirib. Bu qız isə cavabında bizimlə qonşuluqda qaldığını və hər dəfə məni balaca uşaqlarla yolda gördüyünü deyib. Rəfiqəm də etiraz edib və qardaşımın uşaqları olduğunu vurğulayıb. Xülasə, heç qardaşımın uşaqları olmayanda da qulağıma çatmışdı ki, guya evliyəm, üstəlik, 3 uşağım da var. Bilərəkdən və ya bilməyərəkdən şayiə yayanlara görə hələ də subay qalmışam. Ay qonşuluqda qalanlar, uzaqdan görənlər, şəxsən tanımayanlar, ay camaat, goplamayın. Heç vaxt ailəli olmamışam, övladım da yoxdur. Milləti çaşdırmayın”, – deyə Ş.Səfərliyeva yekunlaşdırıb. Geri qayıt |