Əsas Səhifə > Şou-biznes > Nura Suri Ramiz Mehdiyevi keçmişdə tərifləyib, indi söyənlərdən yazdı
Nura Suri Ramiz Mehdiyevi keçmişdə tərifləyib, indi söyənlərdən yazdıBu gün, 09:34 |
PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması ona qarşı kampaniyaya da səbəb olub. Bu kampaniyanı isə aparanlar bir zamanlar onun şəninə təriflər deyən deputatlardır. İndi onlar Ramiz Mehdiyev haqqında ən sərt ifadələr səsləndirir. Gununsesi.info xəbər verir ki, tanınmış müğənni Nura Suri isə bu adamlar haqqında danışıb. “Sosial şəbəkələrdəki son xəbərlər ürək bulandırır. Qorxaq, ikiüzlü, yalançı, tamahkar, satqın, vicdansız və bu kimi xüsusiyyətlərə malik insanlar düşüblər əl-ayağa, danışdıqca da batırlar. Bütün bunları görmək və eşitmək, belə insanlarla hətta eyni ölkədə yaşamaq, təhqir kimidir. Hörmətli jurnalistlər, bir vətəndaş kimi xahiş edirəm, belə insanların yaxşı və ya pis heç bir müsahibəsini, yazdığı statusu və ya bir cümləsini paylaşmayın. Xahiş edirəm, bir müddət fəxr edə biləcəyimiz, qürur duya biləcəyimiz insanları, onların nailiyyətlərini və söhbətlərini paylaşın. Bir az bu çirkabdan təmizlənək, rahatlanaq. Vallah, fəxr edə biləcəyimiz insanlarımız çoxdur. Onları təbliğ edin”. Geri qayıt |