Əsas Səhifə > Şou-biznes > Rəqs və ruhun birliyi: Renka meşədə obrazı ilə heyran etdi

Rəqs və ruhun birliyi: Renka meşədə obrazı ilə heyran etdi


Dünən, 11:20

Tanınmış rəqqasə Rəna Ağamuradova (Renka) növbəti dəfə fərqli yanaşması və sənətə verdiyi dəyəri ilə diqqət çəkib. "DİA-AZ" xəbər verir ki, sənətçi bu dəfə meşəlik ərazidə lentə alınan etnik üslubda fotosessiyası ilə gündəm olub. Təbiətin sakitliyində, payızın rəngarəng fonunda çəkilən görüntülərdə Renka milli naxışlarla zəngin, qədim ornamentləri xatırladan geyimlərlə kamera qarşısına keçib. Onun baş aksesuarı da seçilən obrazla tam uyum içində olub, bütövlükdə bir sənət əsərini xatırladıb. Fotosessiyanın ideyası milli dəyərlərin müasir tərzdə təqdimatını əks etdirir. Rəqqasənin hər bir kadrda verdiyi poza isə onun peşəkarlığını və bədən dili ilə danışa bilmə bacarığını bir daha sübut edib. Geyim modelyer-dizayner Şəlalə Maqsudovaya məxsusdur.



Geri qayıt