Əsas Səhifə > Şou-biznes > "Həqiqi gözəllik daxildən başlayar..."
"Həqiqi gözəllik daxildən başlayar..."7-10-2025, 06:34 |
Müğənni Natavan Həbibi sosial şəbəkədə yeni fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi ağ kostyumda paylaşdığı fotolara bunları yazıb: “Özünə baxmaq” - bu anlayış sadəcə xarici görünüş mənasında anlaşılmamalıdır. Bəzən susmağı seçmək, “xeyr” deyə bilmək, hər sualı cavablandırmamaq və məsafə qoymaqdır. Ruhu qorumadan, sərhədləri qoymadan bədəni, özünü gözəlləşdirmək mümkün olmur. Geri qayıt |