Əsas Səhifə > Şou-biznes > "Onları teatrdan qovmaq lazımdır"
"Onları teatrdan qovmaq lazımdır"Bu gün, 17:35 |
"Hara gedirəm soruşurlar ki, iş verildi? Əmək kitabçamın nüsxəsini Akademik Musiqili Teatrın truppa rəhbəri apardı. Amma hələ elə də qalıb. Ümidim var… Bir ovuç aktyorumuz var. Onlara yaxşı baxmaq lazımdır. Heç soruşmurlar harada qalırsan, necə dolanırsan, uşaqların necədir? İndi mənim uşaqlarım böyükdü, kömək edirlər. Aktyoru blokdan götürürlər dəfnə. Belə şey olar?". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Rövşanə ilə gündəm" yutub layihəsində deyib. Aktyor hələ də işsiz qaldığını deyib. A.Yolçuyev teatrlarda olan qalmaqallardan danışıb: "Əsgərlikdə Almaniyada qulluq edirdim. Orada deyirdilər ki, qal burada, tədbirlər təşkil edirsən. Ev, maaş, pul veririk, qal. Amma qalmadım. Teatr istəyirəm. İndi teatrda intriqalar var. Hər şey alıblar, yenə də dava edirlər. Fəxri ad, Prezident təqaüdü alıblar, amma yenə də dava edənlər var. Dava edənləri teatrdan qovmaq lazımdır: hamısı rol, ev davası edir". Geri qayıt |