Əsas Səhifə > Şou-biznes > Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI

Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI


Bu gün, 15:10

Əməkdar artist Abbas Bağırov yeni mövsümün ilk layihəsini təqdim edib. "DİA-AZ" xəbər verir ki, ifaçı bu dəfə “Səhər açılanda” adlı mahnını dinləyicilərə təqdim edib və əsəri üçün tamamilə süni intellektlə hazırlanmış video klip ərsəyə gətirib. Müğənni bu iş üçün təxminən 15 fərqli süni intellekt alətindən istifadə edib. Proses düz 21 gün davam edib və nəticədə 35 min şəkil, 2 min video yaradılaraq birləşdirilib. Bütün səhnələr İtaliyanın romantik bölgəsi Siciliya fonunda qurulub, ümumilikdə 32 fərqli məkan və səhnə işlənib. Klip isə 4K 60 FPS keyfiyyətində hazırlanaraq tamaşaçıya təqdim olunub. Videodakı oğlan və qız qəhrəmanlarının simaları, geyimləri və hətta bütün məkanlar da süni intellekt vasitəsilə yaradılıb. Bu isə layihəni dünya səviyyəsində barmaqla sayılacaq AI kliplərdən biri halına gətirib. Layihənin ekran işi rejissor Sarvan Hüseynin rəhbərliyi ilə gerçəkləşib.

Süni intellekt asistantı – Nəzrin Mərdanlı, layihə rəhbərləri isə Hacı Nazim Məmmədov və Emin Hüseynov olub. Mahnının söz və musiqisi RZZA-ya, aranjimanı isə Fərid Ağaya məxsusdur. Qeyd edək ki, “Səhər açılanda” artıq Abbas Bağırovun rəsmi YouTube kanalında yayımlanıb.



Geri qayıt