Əsas Səhifə > Şou-biznes > "Heç bir işlə təmin edilmədim"
"Heç bir işlə təmin edilmədim"Bu gün, 12:46 |
Aktyor Allahverdi Yolçuyev ünvanına yazılan tənqidlərə cavab verib. Axşam.az-a açıqlama verən aktyor sadəcə işlə təmin edilmək arzusunda olduğunu bildirib: "Açıqlama verdim ki, mən dilənçi deyiləm. İki evim var. hamı başladı məni tənqid etməyə. Axı mən dövlətdən ev istəməmişəm. Sadəcə, dərmanlarım bahalıdır. Onları almaq üçün maaş istədim. Bir evimdə yaşayıram. O biri balacadır, orada səhnə geyimlərimi saxlayıram. Arada məşqlər edirəm". A.Yolçuyev işlə təmin edilməsi haqda xəbərlərə də aydınlıq gətirib: "Mənə zəng gəldi ki, sənədlərini göndər. İş təcrübəmə baxmaq istədilər. Mən də göndərdim. Amma ondan sonra heç bir cavab gəlmədi. Yəqin artıq sentyabrda baxacaqlar. Heç bir işlə təmin edilmədim". Geri qayıt |