Əsas Səhifə > Şou-biznes > "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir"
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir"Bu gün, 07:17 |
“Bu ərəfələrdə mən Ağa Məhəmməd Şah Qacar haqqında kiçik realist senarini qutarıb təhvil vermişəm. Şah İsmayıl Xətai haqqında 4 seriyalıq kinonu aparıb təhvil vermişəm. “Qan yaddaşımız” adlı tarixi bir əsərim var çap olunub, artıq əllərdədir. Və bu illər ərzində nəhayət mən 7-8-ə qədər filmlərdə də çəkilmişəm imkan daxilində. Hər həftə mən kinostudiyaya gəlib, gəzib dolanıb, ziyarət edib, sonra gedirəm. Mənim ruhum da buradadır, ustadlarımın mirasları da hamsı buradadır. Bu gün bu mirasın qoruyucuları bizik. Bura Azərbaycan kinosunun tarixi salnaməsidir. Bura məbədgahdır. Burda hər şey müqəddəs və təmiz olmalıdır. Mənim də təklifim budur ki, kinostudiya bərpa olunsun, bu dəyərlər yerinə gəlsin. Parlamentdə deputatlar da var ki, hamsı mənə dəstək verir. Ümid edirəm ki, Azərbaycanın milli kino məbədgahı olan “Azərbaycanfilm” kinostudiyası bərpa ediləcək”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. O daha sonra Mədəniyyət və İncəsənət Universitetinin bugünki fəaliyyətindən danışıb:
“Kadrlar peşəkarlıqlarına, istedadlarına, intellektual səviyyələrinə görə seçilməlidirlər. Mənim kosmonavt olma istəyim heç nəyi həll etməyəcək. Əgər Allah belə bir bacarığı mənə verməyibsə. Mən indiyə qədər elə bilirdim ki, Mədəniyyət və İncəsənət universiteti Mədəniyyət nazirliyinə baxır. Sən demə Elm və Təhsil Nazirliyinin tabeliyindədir.nOrada bizim elə bir gücümüz, elə bir müdaxilə etmək imkanımız yoxdur. Amma çox təəssüflər olsun ki, bu belə olmalıdır. Çünki bunun tarixi var. Bu teatr institutu olan vaxtı orada böyük ustadlar dərs deyib. Nağaranın, qavalın, kamançanın, tarın aktyor instituna nə dəxli var? Bundan ötrü Azərbaycanda iki Dövlət Konservatoriyası var. Mən hətta bir dəfə də demişdim keflərinə də deyil. Dedim əgər burada başqa qazanc, maraq güdülürsə onda stomatoloji fakültə də açsınlar. O daha yaxşı olar. Ona görə də bu özbaşınalıq durdurulmalıdır. Əgər biz mədəniyyətimizi, kino-teatr sənətimizi xilas etmək istəyiriksə, təhsil sistemi yenidən qurulmalıdır. Peşəkarlarla, iş bilənlərlə” deyə sənətkar bildirib
Geri qayıt |