Əsas Səhifə > Şou-biznes > Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU

Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU


Dünən, 10:39

İyulun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə 26 nəfər "Əməkdar jurnalist" fəxri adı verilib. Onlar Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, bu ilin iyulun 1-dən Azərbaycanda "Xalq" fəxri adına görə verilən təqaüdün məbləği 300, "Əməkdar" adına görə verilən təqaüdün məbləği isə 200 manata qaldırılıb.

Modern.az hazırda fəxri adlara görə təqaüd alan şəxslərin sayını araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, respublika üzrə 4 470 nəfərə “Əməkdar” fəxri adına görə aylıq təqaüd ödənilir.

"Xalq" fəxri adına görə təqaüd alanların sayı isə daha azdır. 2025-ci ilin əvvəlinə olan məlumata görə, "Xalq" fəxri adına görə bu ada görə 248 nəfər təqaüd verilir.

Qeyd edək ki, təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.


Geri qayıt