Əsas Səhifə > Şou-biznes > Abbas şikayətini geri götürmək üçün pul alıb

Abbas şikayətini geri götürmək üçün pul alıb


Bu gün, 10:21

Xəbər verdiyimiz kimi, musiqiçi Abbas Səfərov hazırda həbsxanada olan prodüser Təranə Səmədova ilə bağlı şikayətini geri götürüb.

Axşam.az-ın məlumatına görə, aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində məsələ ilə bağlı maddiyat tələb olunduğunu deyib. O bildirib ki, istənilən pulu müğənni Rəqsanə İsmayılova ödəyib:

"Burada bir neçə məsələ və maddi tərəflər var idi. Rəqsanə maddi tərəfi üzərinə götürdü. Dedi ki, onları ödəyəcəyəm, ərizə geri götürülsün. Gərək ərizə olardı ki, məhkəməyə cəhd göstərə bilərdik. İndi barışıq ərizəsi yazıldı".

T.Səmədovanın məhkəməsi iyulun 30-da olacaq.

Qeyd edək ki, Təranənin qızı Suel "Təsir dairəsi" verilişinə gələrək aparıcı Lalə Azərtaşdan anasının həbsdən çıxarılmasına yardım etməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.

Əlavə edək ki, T.Səmədovanın qızı Suelin atası Abbasdır.


Geri qayıt