Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldüDünən, 18:25 |
Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib. Lent.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib. "Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub. Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib. Geri qayıt |