Əsas Səhifə > Şou-biznes > Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...”

Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...”


Bu gün, 09:09

“Hazırda Moskvadayam. Rusiyanın hər bir tərəfindən vəziyyət kritikdir. Düzdür, biz sənətçiyik, siyasətlə işimiz yoxdur. Amma harada azərbaycanlı görürlərsə əl-qollarını bağlayıb, yıxırlar yerə aparırlar. Marketə, metroya girmək olmur. Restoranların çoxunu bağlayıblar. Camaat evindən çölə çıxa bilmir. Dünən bir neçə ailəni deport etdilər. Burada vəziyyət heç də ürəkaçan deyil” ”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.
O daha sonra əlavə edib:
“Dəfələrlə Rusiyada belə hallarla qarşılaşmışıq. Bir neçə gündür burdayam. Yəqin ki, vəziyyət düzələr, belə getməz. Burada 2 milyondan da çox azərbaycanlı yaşayır. Camaat bir parça çörək üçün gəlib. Ümid edirik vəziyyət düzələr. Bakıya qayıtmağımız hələ məlum deyil. Hələ fəaliyyət göstərə bilmirik. Bu vəziyyətdə burada fəaliyyət nə gəzir? Restoranları bağlayıblar. Boş divarlar üçün oxumayacam ki. Hələ oturmuşuq evdə. Gözəyirik görək nə olacaq? Tək mən deyiləm ki, mənim kimi milyonlarla azərbaycanlı var. Bunun mağazada işləyəni, fəhləsi, biznesmeni var. Ruslar elədir də. Onlar bir ara coşurlar, sonra özlərinə gəlirlər. Mən istəyirəm hamının işi yaxşı olsun. Biz müsəlmanıq, hamıya yaxşılıq arzu edirik. Bir şey olmasa, işləyə bilməsəm uzağı bir həftəyə gələcəm Bakıya” deyə müğənni bildirib.

Geri qayıt