Əsas Səhifə > Şou-biznes > “Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir”
“Müğənnilər 10 minə toya gedir, amma 100 manatlıq paltarın pulunu vermir”Bu gün, 00:04 |
“20 ilə yaxındır ki, bu sahədəyəm. Şou-biznesin hardasa 70-80 faizi ilə işləmişəm. Xalq, əməkdar artistləri ilə də çalışmışam. Hamısını ovucumun içi qədər yaxşı tanıyıram. İndi hamısından çox uzağam. Bizim müğənnilərdə belə bir anlayış formalaşıb ki, mən tanınmışam, hər şeyi reklam qarşılığında, pulsuz edə bilərəm. Bu nə fikirdir? Bu nə deməkdir? Siz özünüzü nə hesab edirsiniz? Geyimlərini də, makiyajlarını da reklamla edirlər, amma toya gedəndə yarım saatına 10 min manat oxuyurlar. Elə qiymət deyirlər ki, elə bil 2 manatdan danışırlar. Sən bu qiymətə gedirsənsə, paltarının parçasının pulunu niyə vermək istəmirsən? 2-3 müğənnini çıxmaq şərtilə hamısı belədir, verən əlləri yoxdur”
Bunu Moderator.az-a açıqlamasında tanınmış modelyer Şəlalə Maqsudova deyib.
O daha sonra xanəndə Kəmalə Nəsibovanın efirdə geyimləri haqda yalnış məlumat verməyini sərt tənqid edib və iddia edib ki, o çox ucuz geyinir:
“O bir dəfə bu haqda danışdı, mən susdum, münasibət bildirmədim. O gün yenə də efirdə “bahalı” geyimlərindən, saç düzümlərindən, makiyajlarından danışıb. O üz-makiyajını reklama etdirib, geyimlərini də hansısa bir ucuz mağazadan alıb. Çox ucuz geyinir, çıxıb efirdə elə lovğalanır ki.. İstəyirəm bu xanımı mənimlə birlikdə efirə çağırsınlar və mən onun geyimlərinin, parçalarının qiymətini efirdəcə bahalı yaxud ucuz olduğunu deyim. Bunlar insanları da qıcıqlandırırlar. Parçalarına baxanda bilirəm ki, harada satılır, neçəyə satılır. Mən həmin müğənnilərdən heç 100 manatımı ala bilmirəm. Stilistlər də onların əlindən dad edir. 1 paltarı 4-5 müğənni “prokat”-a götürüb geyinir. Bu sahəyə yeni gələn modelyerlərin bəlkə də bu reklama ehtiyacları var. Hələ utanmaz-utanmaz deyirlər ki, instaqramda hekayə bölümündə 1 paylaşım 3 min manatdır. 24 saat qalandan sonra silinir. O qədər özlərindən razıdırlar, “göylə gedirlər” ki.. Mən öz işimə o qədər dəyər verirəm ki, mənim sənətim onların sənətindən qat-qat yüksəkdir. Adi bir quru təşəkkür də etmirlər” deyə modelyer bildirib.
Şəlalə Maqsudova deyir ki, əksər məşhurlar zövqsüz geyinir:
“İndi yeni-yeni stilistlər meydana gəlib. Guya onlar müğənniləri zövqlə geyindirirlər. Hamısı da ucuz parçalardır. Onu elə bəh-bəhlə danışırlar ki.. Məni heç kim tikişlə, parça ilə aldada bilməz. Yaxşı ki, mənim tanınmağım instaqramda “fashion”, geyim markaları olmayan dövrə düşdü.. Mən öz fantaziyalarımla, etdiyim layihələrlə tanınmışam. Amma indiki modelyerlər biri-birindən oğurlayır. Heç olmasa bundan utansınlar. Demək olar ki, şou-biznesin əksəriyyəti toyxana geyimləri geyinir. Bəzən çaşıb efirə də toyxana geyimləri ilə gəlirlər. Deyərdim ki, şou-biznesin 10 faizi zövqlü geyinir” deyə modelyer bildirib.
Geri qayıt |