Əsas Səhifə > Şou-biznes > "Avroviziya"nın qalibi olan bu transseksual əslində kimdir?

"Avroviziya"nın qalibi olan bu transseksual əslində kimdir?


11-05-2014, 11:09
"Avroviziya"nın qalibi olan bu transseksual əslində kimdir?
Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu "Eurovision" mahnı müsabiqəsi başa çatdı və mavilərin qələbəsi kimi tarixə düşdü. ANS PRESS-in məlumatına görə, qalib avstriyalı transseksual müğənni Konçita Vurst oldu. Onun ifa etdiyi "Rise Like a Phoenix" ( Simurq quşu kimi yüksəl) mahnısı 290 balla birinci oldu.

"Saqqallı xanım" kimi tanınan müğənni Konçita Vurst əslində kimdir? Çoxlarının dünyanın sonu əlaməti kimi qəbul etdiyi Konçita (Conchita Wurst) bundan əvvəl kişi musiqi qrupunun lideri Tom Nevirt (Tom Neuwirth) kimi tanınıb.

Konçita, yəni Tom uşaq yaşlarından "Eurovision" mahnl müsabiqəsinin fanatı olub. "Hər kəs həyatını parlaq edə bilər", müğənni BBC-yə deyib.

"Avroviziya"nın qalibi olan bu transseksual əslində kimdir?
"Avroviziya"nın qalibi olan bu transseksual əslində kimdir?

Amma onunla heç də hamı razı deyil - Conchita bu yaxınlarda internetdə transfobik istifadəçilərlə üzləşməli olub. Rusiya, Ermənistan və Belarusdan olan mühafizəkar etirazçılar müsabiqəni "sodomiya ocağı" adlandırıblar.
Celine Dion-un pərəstişkarı olan müğənni "Rise Like a Phoenix" ( "Simurq quşu kimi yüksəl") mahnısı ilə cümə axşamı yarımfinalında çıxış edəcək.
Mahnıda "çətinliklərdən dərs götürmək" məsləhəti verilir.





Geri qayıt