Əsas Səhifə > Şou-biznes > "Dünən attraksionun qiymətini qaldırdılar, ayıb olsun!"
"Dünən attraksionun qiymətini qaldırdılar, ayıb olsun!"3-06-2025, 00:04 |
Axşam.az xəbər verir, bu sözləri aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib. O, ötən gün attraksionların 1 manatdan 3-5 manata qaldırılmasından şikayət edib: "Ayıb olsun, kiminsə adından istifadə etməyin. Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir? Ayıb olsun! Soruşuram ki, sizə kim ixtiyar verib qiyməti qaldırasınız? Cavab verirlər ki, yuxarıdan. Kiminsə adından istifadə etməyin. İnanmıram ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sizə belə göstəriş versin. Əgər belə şey olsaydı, hamısının qiyməti qalxardı. Uşaqlardan istifadə etməyin. Bakıda ən yaxşı attraksionlar pulsuz olub. Ayıb olsun sizə. Heç gözləməzdim". Geri qayıt |