Əsas Səhifə > Şou-biznes > Akif İslamzadə Ağdama köçür?
Akif İslamzadə Ağdama köçür?2-06-2025, 01:42 |
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Sara Qədimovanın oğlu müğənni Akif İslamzadə deyib. O daha sonra əlavə edib: “Bir çoxları yazır ki, Sara xanım Ağdamda doğulub. Bu yalnış məlumatdır. Sara xanım Bakıda doğulub, anası da Fatmayı kəndindəndir. Bəli, anamın atası Ağdamın Abdal-Gülablı kəndində dünyaya göz açıb. Anam deyirdi ki, Ağdamda ata-baba yurdumuz var. Düzdür, mən Ağdamda olmamışam. Hazırda məlumatım yoxdur ki, o yurd qalıb ya yox?” deyə sənətkar bildirib. Sənətkar efirlərə çıxmamağının səbəbindən də danışıb: “Efirlərimizdə böyük problemlər var. Bu səbəbə görə də özümü orada görmürəm. Musiqimizin, incəsənətimizin problemləri qalıb kənarda, efirdə başqa mövzular müzakirə olunub. Ona görə də getmirəm və getmək istəmirəm də. Tamaşaçıları da artıq televiziyadan uzaq salıblar. Bu cür gedişat heç də xoş sonluqla nəticələnməyəcək” deyə sənətkar bildirib. Geri qayıt |