Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam”
Əsas Səhifə > Şou-biznes > “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam”

“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam”


Bu gün, 08:42
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam”
“Biz sənətə gələndə hər şey başqa cür idi. Hər bir sənətkar evindən bəhrələnirdi. Bizə tərbiyə verən valideynlərimiz başqa şey öyrədiblər. Çünki sənətin arxasınca getməyə o vaxt icazə vermirdilər. Rəhmətlik atam həmişə deyirdi ki, qızım, elə et ki, başın da, adın da uca olsun. Biz muğam oxuyanlar hamımız belə ismətli olmuşuq. Bu gün də efirlərə dəvət edəndə gedirəm. Dəvət etməsələr gedib heç kimin qapısını döymərəm. İşləyəndə yenə də dəvət edirdilər, gedib iştirak edirdim. Həm də bu gün yaşa dolan sənətkarları axtarmırlar”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, uzun müddətdir mətbuatdan uzaq düşən Elza Qaybalıyeva deyib. O daha sonra əlavə edib:

“Muğam teatrı bağlanandan sonra işsiz qaldım. İşsiz qalandan sonra aidiyyatı qurumlara müraciət etdim. Nədənsə diqqət göstərmədilər. Diqqət olsaydı məni işlə təmin edərdilər. Dövlətimiz mənə ev, fəxri ad verib. Çox razıyam. Amma bilsələr ki, işsiz qalmışam bəlkə işlə də təmin edərdilər. Çünki dolanışıq üçün aylıq məvacibi olan bir işə ehtiyacım var” deyə xanəndə bildirib.

Sənətkar efirlərdən də narazıdır:

“Bu gün efirlərdə bəyəniləsi verilişlər çox azdır. Bəyənilməyən verilişlər isə çoxdur. Efirlərə lazımsız insanlar dolub. Baxmasam daha yaxşıdır. Baxanda da adama pis təsir edir. Onun dərdindən baxmıram. Sənətdən xəbəri olmayan, eyni adamlar nə qədər efirə çıxar? Buna bir nəzarət edən yoxdurmu? Bir də sənət adamlarının əksəriyyəti vəfasız olur. O vaxt çox sənət adamı ilə yaxın olmuşam. Sonra onlardan özümə qarşı diqqətsizlik gördüm. O vaxt bəlkə də onlardan nələrdə umurdum, amma bu gün düşünürəm ki, hər bir insan Allaha sığınmalıdır. Kimdənsə nəsə ummaq düzgün deyil. Allah deyib durmuşam. Heç kimdən heç nə ummuram.

İnsanlardan uzaq, Allaha yaxınam. Bütün sənət dostlarımdan uzağam. Vaxtilə onlarla çox yaxın idim” deyə sənətkar bildirib.

Geri qayıt