Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Vasif Məhərrəmli ilə aparıcı arasında nə baş verib?
Əsas Səhifə > Şou-biznes > Vasif Məhərrəmli ilə aparıcı arasında nə baş verib?

Vasif Məhərrəmli ilə aparıcı arasında nə baş verib?


2-05-2025, 11:02
Vasif Məhərrəmli ilə aparıcı arasında nə baş verib?
Əməkdar artist Vasif Məhərrəmli aparıcı Lətafət Ələkbərova ilə küsülü imiş.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O, proqramda olan Lətafətlə barışdıqlarını deyib:

"Lətafət səhvini boynuna aldı, üzr istədi. Yaxın münasibətimiz yox idi. Amma problemi olanda zəng etdiyi adam olmuşam. Hətta maşını xarab olmuşdu, zəng vurub pulsuz düzəltdirdim. Toyda danışmaq istəyəndə, aramıza pərdə çəkdim. Dedi ki, kinli adamsan. Cavab verdim ki, kinli deyiləm, amma nankorluğu bağışlamıram. Lətafət gəldi üzr istədi və dedim, bitdi".

Lətafət isə "Bir insanın xətrinə dəyirəm və sonra əzab çəkirəm. Bir dəfə də eyni toya düşdük, amma qorxurdum onunla danışmağa" sözlərini əlavə edib.

Geri qayıt