Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Hətta ruslar bu populyarlığı öz adına çıxmağa çalışır"
Əsas Səhifə > Şou-biznes > "Hətta ruslar bu populyarlığı öz adına çıxmağa çalışır"

"Hətta ruslar bu populyarlığı öz adına çıxmağa çalışır"


14-04-2025, 09:51
"Hətta ruslar bu populyarlığı öz adına çıxmağa çalışır"
Deməli, bir fərqli musiqi, bir qeyri-adi mahnı hətta dünyanın indiki gərgin dönəmində də insanları xoş təsirlə ovsunlamaq, diqqəti müəlliflərə və onların mənsub olduğu xalqa yönəltmək gücünə malik imiş...
Neçə gündür, başqırd “Ay yola” qrupunun “Humay” mahnısı çox geniş auditoriyanı, sosial şəbəkələri öz sirli cazibəsinə salıb. Milyonlarla baxış olan bu mahnı haqqında minlərlə təqdir və təhlil paylaşılıb.
Qədimdən gələn ilahi ab-hava, sehrli aura, mistik musiqi başqırd xalqını sanki dünyaya yenidən tanıdıb. Qədim başqırd dastanı “Ural-Batır” qəhrəmanına həsr olunmuş, doğma dildə səslənən misralarla, qədim alətlərlə müşayiət olunan ecazkar musiqi başqırd gənclərində ana dillərinə, tarixlərinə güclü maraq oyadıb. Dünyanın bir mahnıya heyrəti başqırdlarda milli özünədərk hissini xeyli gücləndirib.



Hətta ruslar bu populyarlığı öz adına çıxmağa çalışır, bunu rus musiqisinin uğuru kimi təqdim etməklə guya qısqanclıqlarını gizlətmək istəyirlər.
Mədəniyyətin sirli gücü burdadır: milyonlarla vəsait xərclənib qurulan təbliğat belə başqırd xalqına bu qədər maraq yarada, onu populyar edə, diqqət mərkəzinə gətirə, bu dərəcədə müsbət yöndə təqdim edə bilməzdi. Bir mahnının gücü başqırdları milli oyanışa, ana dilini və milli tarixi dərindən öyrənməyə yönəldib.
Mahnının populyarlıq dalğasında tarixin incələnməsi, bu rəylərdə başqırd xalqının böyük oğlu Zəki Vəlidi Toğanın adının səslənməsi və onun Türk dünyasıyla bağlı ideyalarının xatırlanması da diqqətimi çəkdi. Uğurlar olsun, "Ay yola"!

Rəşad Məcid
Mətbuat Şurasının sədri
"DİA-AZ"

Geri qayıt