Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Savadsız, təhsilsiz şou-biznes əhlinin tanınması, fəxri ad alması bizim gözümüz önündə olub”
Əsas Səhifə > Şou-biznes > “Savadsız, təhsilsiz şou-biznes əhlinin tanınması, fəxri ad alması bizim gözümüz önündə olub”

“Savadsız, təhsilsiz şou-biznes əhlinin tanınması, fəxri ad alması bizim gözümüz önündə olub”


12-04-2025, 09:05
“Savadsız, təhsilsiz şou-biznes əhlinin tanınması, fəxri ad alması bizim gözümüz önündə olub”
“Azərbaycanın özü üçün, Bakı üçün, Azərbaycanda sevdiyim və sevmədiyim hər kəs üçün, Azərbaycan radiolarından səslənən musiqilər üçün çox darıxıram”

Bunu Moderator.az-a açıqlamasında Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu deyib.

O daha sonra bugünki musiqimizin vəziyyətindən narazılığını dilə gətirib:

“Mənim çox gözəl yadıma gəlir ki, Azərbaycan musiqisini dünyada tərənnüm edən əsasən, Rəşid Behbudov və Zeynəb Xanlarova idi. Bu iki professional sənətçi ilə yanaşı Müslüm Maqomayev, Flora Kərimova, Elmira Rəhimova, Şövkət Ələkbərova, Fidan və Xuraman Qasımovalar, Lütfiyar İmanov, Yalçın Rzazadə, Anatollu Qəniyev, Oqtay Ağayev, Gülağa Məmmədov, Mirzə Babayev, Alim Qasımov, Hüseynağa Hadıyev, Akif İslamzadə, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Mələkxanım Əyyubova, Səkinə İsmayılova kimi sənətçilər vaxtaşırı xarici ölkələrdə Azərbaycan incəsənətini və mədəniyyətini layiqincə tərənnüm ediblər. İndi bilmirəm, zaman dəyişib, nədir? Azərbaycan musiqisini dinləyəndə Dahi Üzeyir Hacıbəylinin yaratdığı bəstəkarlıq məktəbi hiss olunmur. Bu gün Azərbaycan mədəniyyəti kimlərin əlindədir? Əlbəttə sual oluna bilər, sən Azərbaycan musiqisi üçün nə etmisən? Bunun cavabını verə bilərəm. 2000-ci ildən 2025-ci ilə qədər nə oxumuşamsa, harmonik və melodik olub. Mən heç zaman bayağılığa getməmişəm və mən tək deyiləm. Mənim sənət yoldaşlarım da belə çalışıblar. Bu illər ərzində biz kimləri görməmişik? Savadsız, təhsilsiz şou-biznes əhlinin “müvəffəqiyyət’’ qazanması, hətta fəxri ad alması bizim gözümüz önündə olub. Bu adamlara ,,Sən mahnı oxuma’’ demək olmaz! Çünki, oxumağa qadağa ola bilməz. İnsan özü bunu hiss etməlidir. O ki, qaldı bayağı mahnılar oxuyan müğənnilərin sevilməsinə... Burada artıq tamaşaçı zövqü rol oynayır. Tamaşaçı zövqünün doğru istiqamətə yönəlməməsinin günahı bizim professional bəstəçilərin boynuna düşür. Onların hər biri televiziya və radio kanallarında veriliş açıb, hansı musiqinin bayağı və ya hansı musiqinin harmonik-melodik olduğunu öz vətəndaşlarına aşılamalıdırlar” deyə sənətçi bildirib.

Elariz Məmmədoğlu Amerikada xalq artisti Rasim Balayevlə bir araya gəldiyini də bildirib:

“Mən New Yorkdan Kaliforniyaya 6 saat uçmuşam. Böyük sənətkarımız Rasim Balayev ora qonaq gəlmişdi. Mənim konsertimi təşkil etmişdilər. Zalda bütün yerlər dolmuşdu. Rasim Balayevlə də orada görüşdük. Bir-birimizin ünvanına xoş sözlər söylədik” deyə o bildirib.

Geri qayıt