Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Son bir neçə ildir ki, özümə təzə paltar ala bilmirəm”
Əsas Səhifə > Şou-biznes > “Son bir neçə ildir ki, özümə təzə paltar ala bilmirəm”

“Son bir neçə ildir ki, özümə təzə paltar ala bilmirəm”


21-03-2025, 14:42
“Son bir neçə ildir ki, özümə təzə paltar ala bilmirəm”
“O vaxt bayramlar çox gözəl keçirilirdi. Ayaqqabı, paltar, baş örtüyünə qədər hamısı Novruzda təzələnirdi. Hərənin öz xonçası olurdu. Uşaq idik də.. İndi nə tonqal yadımıza düşür, nə də xonça. Nə tapdıq onu da hazırlayırıq. Bu gün birini tapırıq, birini tapmırıq. Efirdən göstərilən başqadır, reallıq başqa. Biz kasıb olmuşuq, amma o kasıbçılığı hiss etməmişik. İndi yadıma gəlmir ki, son bir neçə ildə Novruz bayramında əynimə təzə paltar, ayaqqabı alıb geyinim”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Məsumə Babayeva deyib.

“Uzun illər teatrda işləyəsən, nə mükafat alasan, nə də təqaüd. Bu mənə qarşı böyük haqsızlıqdır. Aldığım cüzi pensiya ilə güc-bəla ilə dolanıram. Məktub yazmışdım, Mədəniyyət Nazirliyi mənə cavab verdi ki, məktubunuza baxılacaq. Nə vaxt baxılacaq bilmirəm? Mən dolana bilmirəm. Təqaüd istəyirəm ki, dolanım. Dərmanlarım bahadır, çatdıra bilmirəm” deyə aktrisa bildirib.

Məsumə Babayeva deyir ki, ona qarşı laqeyd münasibət bu gün də davam edir:

“Teatrdan İlham Əsədov gəlib mənə bayramlıq gətirmişdi. Digər sənət yoldaşlarım telefonla zəng edir, mesaj yazaraq təbrik edirlər. Kim məni sayır, kim saymırsa özü bilər. Teatr mənim həyatımdır. Əlimdən gələni etmişəm. Canımı da fəda etmişəm teatra. Məni doğma teatrımdan zorla çıxatdılar. Dedilər ki, ərizəni yaz, çıx. Bu hadisədən sonra mən xəstələndim, infarkt keçirtdim, insult oldum. Məni çıxarandan sonra yerimə adam götürdülər. Deməli bizi işdən çıxartmaqla teatrda saat hesabı işləyənlərə yer açdılar. Bir az özümə gəlim teatra gedəcəyəm. Qapısından girib bacasından çıxacam. Bu mənim öz əlimdədir. Mənə teatra getməyi kim qadağan edə bilər ki? Çəkilişlərə dəvət edirlər, ayağıma görə gedə bilmirəm. Sonuncu dəfə bir çəkiliş üçün gəlib maşınla apardılar, sonra gətirib evə qoydular” deyə aktrisa bildirib.
Geri qayıt