Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Bu mənim içimdə ən böyük arzudur..."
Əsas Səhifə > Şou-biznes > "Bu mənim içimdə ən böyük arzudur..."

"Bu mənim içimdə ən böyük arzudur..."


8-03-2025, 00:23
"Bu mənim içimdə ən böyük arzudur..."
"Sabah elə bir gündür ki, bütün qadınlara həsr olunub. Kədərli, qəmli, ovqatı yaxşı olmayan xanım belə sabahkı gün gözəl olmalıdır. Günəş kimi parlamalıdır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "7 Tamam" verilişində deyib. Sənətçi qadınları kədərdən uzaq olmağa səsləyib:

"Arzu edirəm ki, təkcə 8 Martda deyil, qadınlarımız həqiqətən xanım olsunlar. Çox gözəl nəvaziş görsünlər, bütün ətrafından, doğmalarından. Xanımlar qadın xoşbəxtliyi ilə həyat yaşasınlar. Bu mənim içimdə ən böyük arzudur. Mən bütün analara, xüsusən də şəhid analarımıza deyirəm, bayramlarda səhnəyə çıxıram ki, sizə örnək olum. Bütün kədəri, qüssəni bir kənara buraxın. O kədərdən, ağrıdan uzaqlaşın. Bayramınızı təbrik edirəm, əllərinizdən öpürəm".
Geri qayıt