Əsas Səhifə > Şou-biznes > Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib

Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib


Bu gün, 09:01
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Hacı İsmayılov virtual ədədli lotereya reklamına çəkilib.

Qlobal.az xəbər verir ki, xalq artisti Azərlotereya Açıq Səhmdar Cəmiyyətinə aid olan "Beşdə 5” lotereyasının reklam fotosunda yer alıb.

Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib

Səksən bir yaşlı xalq artistinin lotereya reklamında yer alıması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Hacı İsmayılov 2024-cü ilin iyul ayında Teatr Xadimləri İttifaqının sədri vəzifəsinə seçilib.

H. İsmayılov "Ad günü", "Həm ziyarət, həm ticarət" kimi filmlərdə yaratdığı obrazla böyük tamaşaçı rəğbəti qazanıb.

Geri qayıt