Əsas Səhifə > Şou-biznes > “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...”

“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...”


Dünən, 10:02
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...”
“Anamı reanimasiyaya yerləşdiriblər. Danışır, bizi tanıyır. Həkimlər deyir ki, düzələcək. Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi. Həkimin nəzarəti altındadır. Əsəbdən insult keçirib. Bundan əvvəl də, ötən ilin dekabr ayında insult olmuşdu. Amma o yüngül idi. Bu ilki instult daha ağır oldu”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudovanın qızı İntizar Qarayeva deyib. O daha sonra əlavə edib:

“Ümid edirik və inanırıq ki, anam tezliklə sağalacaq. Göydə Allaha, yerdə isə həkimlərimizə güvənirik. Çünki o güclü, möhkəm qadındır. Həyatın bütün sınaqlarından üzüağ çıxıb. Xəstəlik o çətinliklərin yanında nədir ki? Akademik Musiqili Teatrın rəhbərliyinə, xüsusilə də Əliqismət Lalayevə xüsusi təşəkkürümü və minnətdarlığımı bildirirəm. Anam xəstəxanaya düşəndən məni tək qoymadı. Ondan bir ata qayğısı, qardaş qayğısı gördüm. Onsuz da bu insanı mən çox istəyirəm. Onun kimi ziyalı, aristokrat insan tanımıram. Mən bu sözləri təkcə bu gün yox, həmişə deyirəm. Bunu hamı bilir. Belə günlərdə insan dəstək, qayğı istəyir. Çünki xəstəlik elədir ki, adam başını itirir. Bütün dəstək olan, zəng edən, nigaran qalan hər kəsə təşəkkürümü bildirirəm” deyə sənətkarın qızı deyib.

Geri qayıt