Əsas Səhifə > Şou-biznes > "Özünə hörmət edən adam “feyk” profil işlətməz"

"Özünə hörmət edən adam “feyk” profil işlətməz"


Bu gün, 12:42
"Özünə hörmət edən adam “feyk” profil işlətməz"
“Heç vaxt mənim üçün sosial şəbəkələrdəki izləyici kütlənin fikri önəm daşımayıb və maraqlı olmayıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Sevinc Musayeva deyib.

Sənətçi “sosial şəbəkə hesablarında paylaşım edərkən şərh bölməsini bağladığınız vaxtlar olurmu” sualını cavablandırıb.

O, saxta profillərdən ona yazılan rəylərdən və həmin rəylərə reaksiyasından da danışıb:

“Heç vaxt mənim üçün izləyici kütlənin fikri önəm daşımayıb və maraqlı olmayıb. Çünki mən kütlə arxasınca gedən insan deyiləm. Mənim heç vaxt gizlin profilim olmayıb. Şərh bölməsini də həmişə açıq saxlamışam. İnsan normaldırsa, heç kimin yanında ayıbın yoxdursa, alnı açıq, üzü ağdırsa, heç o şərh bölməsini də bağlamaz. Psixoloji xəstələr var, məsələn, nə isə paylaşmısan, ya gizlin düşməndir, “feyk” profil açıb ürəyini orada boşaldır, dəxilsiz nələrsə yazırlar. Heç kimə heç nə demədən, təhqirsiz-filansız, cavab yazmadan onu blok etmişəm. Çünki cavab yazıb həmin adamın səviyyəsinə düşmərəm. Özünə hörmət edən adam “feyk” profil işlətməz. Elə şərhləri yazanlar da həmişə “feyk” profil işlədir. Psixoloji durumundan əziyyət çəkən insanların sayı çoxdur”.

“Hətta mən nişanlananda, ailə quranda nələrsə yazmışdılar. Onu da mənə tanışlar “skrin edib” atırdılar. Oda belə reaksiya vermirdim. Həmişə məndə belə düşüncə olub ki, kimin nə sözü var, özümə desin. Mən həmişə gördüyümə inanan adam olmuşam. Bu gün hansısa müğənninin dalınca yüz dənə şərh yaza bilərlər. O demək deyil ki, o şərhlərin hamısı həqiqətdir. Ta həmin müğənnidə o pislikləri görməyənə qədər… İnsanların yazdığı şərhlərə görə müğənni gözümdən düşə bilməz. Quranda belə Allah buyurub ki, eşitdiyinə yox, gördüyünə inan. Qulaq çox şey eşidə bilər, əsas gördüyündür”.

Geri qayıt