Əsas Səhifə > Şou-biznes > Aşıq Samirəyə saz tortu hədiyyə etdilər

Aşıq Samirəyə saz tortu hədiyyə etdilər


16-04-2014, 08:51
Aşıq Samirəyə saz tortu hədiyyə etdilər
Azərbaycanın əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru Aşıq Samirə ötən gün media nümayəndələrini başına toplayaraq yeni klipini təqdim edib.

Aşıq Samirə üç aşıq havasını Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə səsləndirib. Aşıq yeni layihəsinin müəllifi özünün olduğunu bildirib:

“Yeni layihəmin müəllifi özüməm. "Misri", "Cəlili", "Şirvan müxəmməsi" aşıq havalarını “Sənət aşiqi Samirə” adı altında toplamışam. Orkestrin dirijoru ötən ay rəhmətə gedən Azad Əliyevdir, onun ruhunu bir dəqiqəlik sükütla yad etmək istəyirəm. Çox istəyirdim ki, o da bu gün yanımızda olsun. Bu gün məni tək qoymayan media nümayəndələrinə minnətdaram. Mən nə şou, nə biznes aləmindəyəm. Mən mədəniyyət insanıyam. Bundan sonra da mənə şəxsi həyatımla bağlı suallar verilməsin, cavablandırmayacam”.

Qeyd edək ki, aşığın yeni klipini jurnalistlər ayaqüstə alqışlarla qarşılayıb, Samirə isə jurnalistlərə həsr etdiyi şeiri səsləndirib.

Sonda sənətçiyə saz formasında tort hədiyyə edilib.


Aşıq Samirəyə saz tortu hədiyyə etdilər
Aşıq Samirəyə saz tortu hədiyyə etdilər
Geri qayıt