Əsas Səhifə > Şou-biznes > “İslam Rzayevin Tamarası “İslam” təxəllüsünə görə Xatirədən pul alırdı...”

“İslam Rzayevin Tamarası “İslam” təxəllüsünə görə Xatirədən pul alırdı...”


14-11-2024, 11:35
“İslam Rzayevin Tamarası “İslam” təxəllüsünə görə Xatirədən pul alırdı...”
“Bir neçə gün öncə dayım, xalq artisti İslam Rzayevin 90 illik yubileyi oldu. 16 ildir ki, dayım həyatda yoxdur. Müğənni Xatirə İslam dayımı yada saldı, efirdə danışıb ağladı, sonradan məzarını ziyarət edib video da paylaşdı. Bilmirəm bunları göstəriş üçün etdi yaxud da ürəkdən. Amma əsas odur onu yad etdi”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva deyib. O daha sonra əlavə edib:

“Xatirə xanım üzdə olan müğənnidir. O deyir ki, İslam müəllimin evinə gedirdim, həyat yoldaşı Tamara xanım mənə belə baxırdı, belə qabağıma yemək qoyurdu. İnstaqram səhifəsinə də yazdım ki, apardığın yeməklərdən verirdi də sənə! Tamaranın nəvələri gedib niyə aidiyyatı qurumlardan xahiş etmirlər ki, İslam Rzayevin 90 illik yubileyini qeyd etsinlər?! İstəyir Xatirəsi olsun, istəyir tələbələri olsun. Mən onun doğmasıyam, məni öz qızı kimi saxlayıb. Mənim əlimdən heç nə gəlmir. Sadə müəlliməm, ev istəmirik, maşın istəmirik, pul istəmirik. İstəyimiz təkcə budur ki, İslam Rzayevin 90 illik yubileyi yüksək səviyyədə keçirilsin. Aidiyyatı qurumlara, Milli Məclisin Mədəniyyət komitəsinə yubiley haqda müraciət etmişəm. Hələ ki, bir xəbər yoxdur. Bütün Füzulilər ayağa qalxıb ki, bizim adımızdan da müraciət edin. Bəlkə aidiyyatı qurumlar Füzulidə onun adına bir küçə verəcək?! Bütün bunları yada salmaq lazımdır” deyə o bildirib.
Arzu Şəmiyeva daha sonra bəzi iddialarla çıxış edib:
“Heç kim bilməsə də bəzi insanlar çox yaxşı bilir ki, Xatirə İslam o evə nələr daşımışdı. Dayıma görə yox, ikinci həyat yoldaşı Tamaraya görə! Dayımın bunlardan xəbəri yox idi! O adı götürə-götürə sən Xatirə İslam müəllimin doğmalarını araşdırmısan?! Amma Tamara “İslam” təxəllüsünə görə hər toy üçün Xatirədən pul alırdı ki, sən o ada görə məşhurlaşmısan! Belə hallar dayıma çox pis təsir edirdi. O insan adam idi. Özünü, sənətini pula satmırdı. Xatirə daşıyıb gətirirdi, gedəndən sonra dayım hirslənirdi. Dayımın heç kimin məşhurluğuna ehtiyacı yox idi. Bu cür sənətkarı yaddan çıxartmaq olmaz. Adını götürmüsənsə, Xatirə, get aidiyyatı qurumlardan xahiş et, ona yubiley keçirsinlər. Əgər xahiş etmirsənsə o adı üzərindən götür” deyə sənətkarın qohumu iddialı çıxış edib.

Qeyd: Bütün iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Geri qayıt