Əsas Səhifə > Şou-biznes > "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"

"Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"


Bu gün, 09:57
"Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Əməkdar artist Elton Hüseynəliyev "Elgizlə izlə" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, müğənni son zamanlar sənətkar sözünün ucuzlaşdırılmasından gileylənib:

"Evdə mənə deyirlər ki, bəsdir təvəzökarlıq etdin. Sənə sənətkar deyirlər. Mən isə cavab verirəm ki, nə qədər müəllimlərim yaşayır, əstağfrullah deyəcəyəm. Bizim sənətkar olmağımıza çox var. Amma ölkəmizdə bu sözü həddindən artıq ucuzlaşdırıblar. Sənətkar onun haqqını verən və öhdəsindən layiqincə gələn insana deyilir. Teymur Əmrah həmişə deyirdi ki, sənət bir ağ işıqdır, biz isə orada bir zərrəyik. Bəlkə də heç zərrə də deyilik. Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib. Buradan gənclərə deyirəm ki, mütləq savad alsınlar. Çünki mən svad almasaydım, klassik estradanı oxuya bilməzdim. Cənab Prezidentimiz var olsun, mənə Əməkdar artist adına layiq gördü. Məni ən çox xoşbəxt edən məqam bu idi ki, orada "Klassik estradada göstərdiyi xidmətlərə görə" sözləri qeyd olunmuşdu. Bəlkə də o xidmətləri tam göstərə bilməmişəm, amma Allah ömür versin, göstərməyə hazıram. Bir də ona görə xoşbəxtəm ki, klassik estrada janrında Elton Hüseynəliyev kimi tarixdə adım qalacaq".

Geri qayıt