Əsas Səhifə > Şou-biznes > "Qismət olsa, yeni layihələrdə görüşəcəyik"

"Qismət olsa, yeni layihələrdə görüşəcəyik"


Bu gün, 12:42
"Qismət olsa, yeni layihələrdə görüşəcəyik"
"ARB xəbər" yayımını dayandırıb.

Axşam.az xəbər verir ki, bu haqda ötən gün proqramda aparıcı Səlminə Ələkbərli məlumat verib. O, tamaşaçılarla sağollaşarkən bu sözləri deyib:

"Adətən buraxılışımızın yekununda "Sabah eyni vaxtda görüşəcəyik" deyib, sağollaşırdıq. Amma nəzərinizə çatdırım ki, bu, "ARB xəbərin" bu adda sonuncu buraxılışıdır. Qismət olsa, yeni layihələrdə görüşəcəyik".

Axşam.az-ın əldə etdiyi məlumata görə, "ARB xəbər"in yerinə kanalda yeni sosial xarakterli veriliş yayımlanacaq. Proqrama Ülvira Qarayeva aparıcılıq edəcək.

Geri qayıt