Əsas Səhifə > Şou-biznes > "Bunların heç birinə kişilər dözməzdi"

"Bunların heç birinə kişilər dözməzdi"


Bu gün, 00:37
"Bunların heç birinə kişilər dözməzdi"
Xalq artisti Nazpəri Dostəliyeva "Xəzər axşamı" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi proqramda illər əvvəl "Leyli Məcnun" tamaşasında "Leyli" obrazı üçün təklif aldığını, lakin qəbul etmədiyini bildirib:

"İllər əvvəl peşəkar səhnəyə gələn kimi rejissor tərəfindən operaya dəvət almışdım. Aylarla məşq etmək lazım idi. Vaxtım da məhdud olduğuna görə çatdıra bilməzdim. Çünki peşəkar səhnəyə gəldiyim il universitetə daxil oldum, evdəki problemləri həll etdim, konsertlərim çoxaldı və yükləndim".

Sənətçi aparıcının "Kaş ki, həyata kişi kimi gələrdim" ifadəsini işlətmisinizmi sualına isə "Bu sözü heç vaxt deməmişəm. Çünki bizim həyatda dözdüyümüz hadisələrin heç birinə kişilər dözməzdi" cavabını verib.
Geri qayıt