Əsas Səhifə > Şou-biznes > "O evdən heç nə qalmayıb...

"O evdən heç nə qalmayıb...


Dünən, 14:32
"O evdən heç nə qalmayıb...
“Bu gün təkcə zəngilanlılar üçün deyil, bütün Azərbaycanımız üçün qürurverici bir gündür. 44 gün ərzində dövlət başçımızın, ordumuzun, şəhidlərimizin, qazilərimizin şücayəti, xalqımızın birliyi sayəsində torpaqlarımıza sahib olduq, qovuşduq. Onlarla qürur duyuruq. Zəngilan bizim bir parçamızdır, mayamızdır. Hər insanın doğulduğu torpaq onun köküdür, soyudur. Zəngilanda cənab prezidentimizlə, xanımı ilə və bu torpağın ziyalıları ilə çox gözəl görüşümüz oldu. Bu tarixi görüş idi. Həmin günü yağış yağırdı. Hava da insanların ruhunu oxşayır. Çox gözəl hisslər yaşadıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin. O torpağın hər daşında, hər qayasında şəhidlərimizin qanı var. Allah qazilərimizi qorusun, onlara can sağlığı versin. Xalqımız var olsun, zəngilanlıların gözü aydın olsun”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib.

O daha sonra əlavə edib.

“Bizim evimiz Zəngilanın mərkəzində, Dağüstü parkın ətəyində idi. Evimiz və hektarla torpaq sahəmiz var idi. Çox təəssüf edirəm ki, anam, atam və qardaşım bu sevinci yaşaya bilmədi. Onların evimizin tikilməsində çox böyük əziyyəti var idi. Gözümü açandan onların əziyyətini görmüşəm. O boyda əziyyətdən sonra doğma torpaqlarını, evlərini qoyub gəlmək valideynlərim üçün çox böyük bir faciə oldu. Allah bunu heç kəsə nəsib etməsin. O evdən heç nə qalmayıb. Dağıdılıb, təkcə hamamımız yerindədir. Dəfələrlə Zəngilana getmişəm. Artıq Zəngilanda quruculuq-abadlıq işləri gedir. Böyük sevinc hissi ilə bütün insanlar ora köçür. Gün o gün olsun ki, biz də öz ocağımıza qədəm qoyaq. Mən də ömürlük olmasa da tez-tez gedib orada yaşamaq istəyərəm. O sevinc bizə də qismət olsun. Çox böyük məmnuniyyətlə doğma torpağımda müəllim olaraq fəaliyyət göstərib, xanəndəliyin sirlərini gənclərə öyrətmək istəyərəm” deyə əməkdar artist bildirib.
Geri qayıt